Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Azərbaycan xalqına sülh, firavanlıq və demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi işində uğur arzulayıram. İnanıram ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir.

Hörmətlə,

Zuzana Çaputova

Slovakiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin