Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçdən
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Lyublyana Meriyası adından səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, məşhur ingilis yazıçı Luis Kerrolun “Həyatın böyük sirlərindən biri budur ki, yalnız başqaları üçün etdiklərimiz dəyər kəsb edir” müdrik kəlamını yada salmaq yerinə düşər. Çünki Sizin ölkəniz və xalqınız üçün etdikləriniz də böyük dəyərə malikdir.
Zati-aliləri, Sizə xoşbəxtlik, uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzu edirəm.
Dərin hörmətlə,
Zoran Yankoviç
Sloveniyanın Lyublyana şəhərinin meri