Azərbaycan Dövlət İnformasiya Agentliyi

SNAYPER TÜFƏNGLİ ROMANTİK

Elimizə bahar gəldi, onunla da 8 Mart - Beynəlxalq Qadınlar günü. Bu, onun rəsmi adıdır. Qeyri-rəsmi isə yaşından asılı olmadan biz xanımların həmişəkindən daha gözəl görünmək, oğullarımız və nəvələrimiz, qardaşlarımız və ərlərimiz, dostlarımız və həmkarlarımız tərəfindən daha çox əzizlənmək istədiyimiz, qəlbimizi isindirən xoş və səmimi təbriklər gözlədiyimiz gündür.
8 Martla məni həm də adlı-sanlı həmvətənimiz, Böyük Vətən müharibəsinin iştirakçısı, cəsur snayper Ziba Qəniyeva ilə əlaqədar xatirələrim bağlayır. Yəqin, ona görə ki, Ziba xanım bu bayramı çox sevirdi. O, təbiətən romantik ruhlu, artistlik qabiliyyətli, emosional insan idi, müharibə başlayanda Moskvada təhsil aldığı Dövlət Teatr Sənəti İnstitutunun birinci kursundan könüllü surətdə cəbhəyə getmişdi. Müharibədən sonra isə diplomat işləyən ömür-gün yoldaşı ilə uzun illər xaricdə yaşasa da, martın ilk günlərində mütləq ona doğma olan Bakıya gəlməyə can atırdı.
Zibanı xatırlarkən kədərlə fikirləşirəm ki, müharibədən sonrakı illərdə bir çox yerlərdə asılan fotoşəkillərdən baxan, çiynində snayper tüfəngi olan bu qızı xatırlayan adamların sayı get-gedə azalır, o cümlədən də Ziba Qəniyevanın ötən əsrin 40-cı illərinin axırları - 50-ci illərinin əvvəllərində ali filologiya təhsili aldığı Azərbaycan Dövlət Universitetində. Universitetdə oxuduğu zaman tələbələr ucaboylu, qamətli, lakin aldığı ağır güllə yarasından yüngül axsayan müharibə qəhrəmanını görməyə necə də can atırdılar. Təəssüf ki, Ziba xanım artıq 10 ildir aramızda yoxdur.
...Ziba Qəniyeva qeyri-adi ömür sürmüşdür. Daşkənddə doğulmuşdu. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Hələ kiçik yaşlarından qızına XX əsrin əvvəllərində Şamaxı zəlzələsindən sonra tərk etdiyi uzaq Vətəninə - Azərbaycana məhəbbət hissləri aşılayırdı. Qadın hüquqları uğrunda mübarizənin fəallarından biri, milliyyətcə özbək olan anası qızına gözəl tərbiyə vermişdi. Hələ məktəbdə ikən, daha sonra fəhlə fakültəsində zərifliyi ilə rəfiqələrindən fərqlənən, gözəl rəqs edən Ziba bu sənəti peşəsinə çevirmək arzusunda idi. Ona görə də Xalq yaradıcılığı evində yorulmadan məşq edirdi. Elə rəqs müəlliminin təşəbbüsü ilə də 17 yaşlı Zibanı Moskvaya Teatr Sənəti İnstitutuna göndərmişdilər. Çoxları onun “Şərqin Yermolovası” olacağını deyirdi. Kim bilir, qəflətən maharibə başlamasaydı, bəlkə də belə olacaqdı.
...Bütün qrup könüllü surətdə cəbhəyə yollanmışdı. 1941-ci ilin sərt qışı idi və Moskvanı müdafiə etmək lazım idi. Gələcək artistlər hərb sənətinə yiyələnirdilər. Ziba tibb bacısı peşəsini öyrənmişdi, cərrahlara kömək edir, yaraları sarıyırdı. Sonra pulemyotçu oldu, lakin onun çox sərrast atəş açmaq bacarığını görəndə snayper məktəbinə göndərdilər. Maska-xalat geyinib bütün gecəni məşq edir, optik nişanlı tüfəngin sirlərini öyrənirdi. Xizəkdə gəzir, sambo fəndlərinə yiyələnmişdi.
Cəsur döyüşçünün snayper tüfənginin qundağında ilk kərtik 1942-ci ilin yanvarında cızıldı. Sonra onların sayı getdikcə artmağa başladı... Snayper-kəşfiyyatçı, kiçik leytenant Qəniyeva 128 faşisti məhv etmişdi. Ziba döyüşlərin birində gizləndiyi yerdən bədahətən çıxaraq piyadaları öz ardınca aparmış və nəticədə döyüş uğurla başa çatmışdı. İlk döyüş mükafatı olan Qırmızı Döyüş Bayrağı ordenini də onda almışdı. Gənc həmvətənimiz üçün müharibə 1943-cü ilin axırlarında başa çatdı: bir qrup silah yoldaşı ilə döyüş kəşfiyyata gedərkən şiddətli minomyot atəşi altına düşmüş və ağır yaralanmışdı...
Ziba Qəniyevanın cəbhədəki hünərləri həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olmuşdur. Tanınmış yazıçı və jurnalist, “Əsil insan haqqında povest”in müəllifi Boris Polevoy onun haqqında “Pravda” qəzetində yazmışdı. Teatr institutundakı müəllimi və cəbhə yoldaşı Aleksandr İsbax isə “Zvezda” jurnalında onun haqqında yazarkən xatırlayırdı ki, Ziba döyüşlərin ara verdiyi vaxtlarda böyük məmnuniyyətlə rəqs edir, şeirlər oxuyurdu. Elə Azərbaycan mətbuatında da müharibədən sonrakı ilk günlərdə və sonralar həmvətənimiz barədə xeyli yazılar dərc edilmişdi.
Ziba Qəniyeva Bakıya Sovet İttifaqının o vaxtkı böyük dövlət xadimlərindən birinin xanımı olan Mariya Fyodorovna Şvernikin məsləhəti ilə 1940-cı illərin ikinci yarısında gəlmişdi. M.Şvernik hospitalda ayağına gips qoyulmuş Zibanın yanından, demək olar, bir il çəkilməmiş, əslində, onu sağaltmışdı. Moskvada Zibanın kimsəsiz olduğunu bilən Şverniklər ailəsi onu öz evlərinə dəvət etmiş, bir növ övladlığa götürmüşdü. Günlərin bir günü Mariya Fyodorovna ona deyir ki, bəlkə sən atanın vətəninə, Azərbaycana gedəsən? Bizə danışıblar ki, orada cəsur snayper Ziba Qəniyevaya Azərbaycan xalqının qızı kimi böyük hörmət bəsləyirlər...
Elə buna görə də Ziba Azərbaycana gəlməyi qərara alır. Lakin əvvəlcə doğmalarına baş çəkmək üçün Daşkəndə gedir. Orada özbək kinematoqrafçılarının təklifini qəbul edib, o dövrdə çox populyar olan “Tahir və Zöhrə” filmində aşiq olmuş şahzədə Moahim rolunda çəkilir. Bu, onun üçün çox böyük sevinc idi...
Ziba Bakıda universitetin filologiya fakültəsini bitirir, Ali Partiya məktəbində dərs deyirdi. Bakıda ailə də qurur və diplomat olan həyat yoldaşı ilə az sonra Moskvaya gedir. Yenə də təhsil, gərgin əmək. Ziba rus ədəbiyyatından namizədlik dissertasiyası müdafiə edir. Hind fəlsəfəsinə maraq göstərir və Moskva Şərqşünaslıq İnstitutuna daxil olur, daha sonra Hindistanın paytaxtı Dehli yaxınlığındakı Aliqarx şəhərindəki universitetdə urdu dilini öyrənir. Hətta Cavahirləl Nehrunun və İndira Qandinin qonağı da olur.
Diplomat xanımı olan Ziba Qəniyeva taleyin hökmü ilə çox gəzib dolaşmışdır. Uzun illər Ankarada yaşamış və qadınların Yer üzündə sülh uğrunda mübarizə hərəkatında iştirak etmişdir. Axı, faşizmlə böyük savaşın iştirakçısı, sülh hüququnu əlində silah qazanmış Ziba xanım müharibənin nə demək olduğunu yaxşı bilirdi.
Ziba deyirdi ki, harada yaşasa da, həmişə qeyri-adi insanlarla rastlaşır və onun pərəstiş etdiyi şəxslərə və dostlarına çevrilirdilər. O, teatr sənəti ilə daxili əlaqələrini heç vaxt qırmadığı ilə qürur duyurdu. Moskvada tanınmış rejissor, Mossovet adına Teatrın bədii rəhbəri Yuri Zavadski ilə ünsiyyət saxlayır, aktrisa Natalya Fateyeva ilə dostluq edirdi. Zibanı Azərbaycanın xalq artisti Mehdi Məmmədovla hələ Moskvada Teatr Sənəti İnstitutunda oxuduğu illərdə başlayan dostluq münasibətləri bağlayırdı. Tahir Salahovla tanışlığı və böyük dostluğu da Moskvada başlamışdı. O, Ziba Qəniyevanın şəklini də çəkmişdir.
...Kədərli və narahat baxışlar, yaşamaq eşqini ifadə edən cizgilər... Zənnimcə, rəssam qəhrəmanını həyatda olduğu kimi təsvir etmişdi: romantik və eyni zamanda güclü və cəsur insan.
Elə buna görə də Ziba xanım başqalarının mərdliyi qarşısında baş əyirdi. Yəqin bu səbəbdən də, hər dəfə Bakıya gələndə, - sonuncu dəfə 1990-cı illərin ortalarında, mart ayında gəlmişdi, - Vətənimizin müstəqilliyi naminə canlarından keçmiş qəhrəmanların nurlu xatirəsi anmaq üçün mütləq Şəhidlər xiyabanını ziyarət edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur