Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOCAR ENERGY GEORGIA” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz həyat enerjisi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Biz, tələbə dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlara görə ürəkdən fəxr edirik.

Bu il həmin uğurlar Sizin rəhbərliyinizlə Azərbaycan xalqının qazandığı tarixi qələbələrdə xüsusilə aşkar görünür.

Azərbaycanın işğal edilmiş torpaqlarının Sizin yürütdüyünüz müdrik, ölçülüb-biçilmiş xarici siyasət sayəsində öz qanuni sahiblərinə qaytarılması üçün zəruri ilkin şərait yaradılıb. Ali Baş Komandan kimi Sizin istedadınız, habelə Azərbaycan əsgərlərinin və zabitlərinin igidliyi sayəsində bu torpaqlar qaytarılıb.

Azad edilmiş ərazilərin bərpası üçün hazırda aparılan işlər belə bir inam yaradır ki, lap yaxın gələcəkdə Dağlıq Qarabağ Azərbaycanın incisinə çevriləcək.

Əziz İlham Heydər oğlu, biz Sizi bir daha əmin etmək istəyirik ki, bizə verəcəyiniz hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, Sizin planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsini diləyim.

Hörmətlə, Sizə sadiq olan

 

Yuri Çaxunaşvili

“SOCAR ENERGY GEORGIA” MMC-nin baş direktorunun müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin