İQTİSADİYYAT
SOCAR noyabrda 83,1 min ton dizel yanacağı ixrac edib
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı, 8 min 104 ton yüksək təzyiqli polietilen, 6 min 190 ton maye piroliz qətranı, 3 min 402 ton propilen və 3 min 600 ton butilen butadiene fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 76 min 726 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 min 577 ton maye piroliz qətranı, 37 min 554 ton propilen və 18 min 766 ton butilen butadien fraksiyası ixrac olunub.
Noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 471,35 ABŞ dolları, təyyarə yanacağının - 440,42 dollar, dizel yanacağının - 408,57 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 257,85 dollar, yüksək təzyiqli polietilen 1213,75 dollar, butilen butadien fraksiyası 524,70 dollar, maye piroliz qətranı - 471,35 dollar, propilen 755 avro, mütləqləşdirilmiş izopropil spirti 918 avro təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]