İDMAN
Soçidə Olimpiya məşəli estafetində iştirak etmək üçün 2014 könüllü seçiləcəkdir
Bakı, 17 yanvar (AZƏRTAC). 2014-cü il Soçi Olimpiya Oyunlarının məşəl estafeti keçirilən vaxt azı 14 yaşı olan hər bir rusiyalı Olimpiya məşəlini daşıya bilər.
Namizədlərin seçimi artıq başlanmışdır. Bu seçimə qoşulmaq üçün estafetin rəsmi saytında sifariş vermək kifayətdir. Ən layiqli namizədləri “Soçi-2014” olimpiadasının təşkilat komitəsinin tərəfdaşı olan “Coca-Cola” şirkəti seçəcəkdir. Məşəl daşıyanların seçimi üzrə kampaniya bu il mayın 17-dək davam edəcəkdir. Estafetin 2014 iştirakçısı Rusiyada ən layiqli - fəal və sağlam həyat tərzi keçirən, ətrafındakı aləmi yaxşılığa doğru dəyişməyə çalışan insanlar arasından seçiləcəkdir.
Rusiya KİV-lərində verilən məlumata görə, məşəldaşıyanları Rusiyanın 8 dairəsini təmsil edən olimpiya çempionlarından, məşhur idman, aktyor və musiqiçilərdən ibarət olan müstəqil münsiflər heyəti seçiləcəkdir.
Müstəqil münsiflər heyətinin üzvləri arasında hokkeyçi Aleksandr Oveçkin, şüvüllə tullanan Yelena İsinbaeva, üzgüçü Mariya Kiselyova, rok-musiqiçi İlya Laqutenko, voleybolçu Yekaterina Qamova, gimnast Aleksey Nemov, teleaparıcı Tatyana Lazareva, təkbətək idman döyüşləri üzrə məşqçi Kamil Hacıyev vardır.