SOFİYADA BAKI KÜÇƏSİNİN AÇILIŞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Bolqarıstanın paytaxtı Sofiyanın Tələbə rayonunda Bakı küçəsinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını Tələbə rayonunun icra hakimiyyətinin başçısı Ventislav Dudolenski səmimiyyətlə qarşıladı.
Mərasimi cənab Ventislav Dudolenski açdı. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra dövlətimizin başçısı üzərində bolqar və ingilis dillərində “Bakı küçəsi” sözləri yazılmış lövhənin üzərindən ağ örtüyü götürdü və burada mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
(Geniş hesabat qəzetdə dərc olunacaqdır).