ŞOKOLAD BAHALAŞA BİLƏR
Fermerlər hökumətdən kakao paxlasının hər funtu (təqribən 450 qram) üçün satınalma qiymətlərini 40 sentdən 50 sentə qaldırmağı tələb edirlər. Eyni zamanda, ixrac vergisinin 45 faiz endirilməsini tələb edirlər ki, yerli tədarükçülər fermerlərə daha yüksək qiymət ödəyə bilsinlər. Hazırda kakao paxlasının hər funtu üçün ixrac vergisi 20 faiz təşkil edir.
Dünyada yetişdirilən kakao paxlasının təqribən 40 faizi Qərbi Afrika ölkələrinin payına düşür. Kot-d’İvuar həmin məhsulun və qəhvə dəninin ixracı üzrə dünya liderlərindən biridir. Buna baxmayaraq, əhalisi təxminən 16 milyon nəfər olan ölkədə 700 min fermer güc-bəla ilə dolanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]