SOLTANBUD ORTA MƏKTƏBİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev Bənövşələr qəsəbəsinin açılış mərasimindən sonra Ağdam rayonunun Soltanbud kənd orta məktəbində olmuşdur.
Dövlətimizin başçısı ikimərtəbəli binada yerləşən və müasir standartlara cavab verən bu təhsil müəssisəsi ilə yaxından tanış oldu, təhsilin səviyyəsi ilə maraqlandı, idman salonuna, ayrı-ayrı sinif otaqlarına da baxdı.
Məktəbin kompyuter sinfinin tələblərə uyğun olduğu və internet şəbəkəsinə qoşulduğu bildirildi. Prezident İlham Əliyev ümumiyyətlə Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsinin uğurla davam etdiyini və bunun əhəmiyyətini vurğuladı. Şagirdlər onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanıma minnətdarlıq etdilər, yüksək təhsil alaraq ümidləri doğruldacaqlarını və Azərbaycanın gələcəyi üçün layiqli vətəndaş kimi yetişəcəklərini bildirdilər.
Soltanbud məktəbində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən gözəl fotoguşə də yaradılmışdır.