Somalidə terror aktı: 11 nəfər həlak olub
Bakı, 28 mart, AZƏRTAC
Somalidə bomba yüklü avtomobilin partladılması nəticəsində 11 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ağır yaralanıb. Hələlik məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, paytaxt Moqadişuda martın 27-də törədilən bənzər terror aktı nəticəsində 3 nəfər həyatını itirmişdi. “Əş-Şəbab” qruplaşmasının ötən həftə paytaxtda iki nazirliyin də yerləşdiyi bir binaya hücumu nəticəsində isə 10-dan çox insan öldürülmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]