Azərbaycan Dövlət İnformasiya Agentliyi

SON MƏNZİLƏ

Martın 12-də ölkəmizin ictimaiyyəti milli teatr sənətimizin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanı son mənzilə yola salmışdır. Mərhumun cənazəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin qarşısına ölməz səhnə ustasının yaradıcılığı dövründə aldığı orden və medallar, ətrafına isə Azərbaycan Prezidenti İlham Əliyevin adından, dövlət və hökumət təşkilatları, o cümlədən Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Musiqili Komediya Teatrı, digər teatrların kollektivləri adından əklillər düzülmüşdü. Səhnəmizin korifeylərindən olan Nəsibə xanımın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun sənətinin pərəstişkarları axın-axın teatrın binasına gəlir, görkəmli sənətkara və gözəl insana - Azərbaycan anasına son borclarını verirdilər. Salonda həzin matəm musiqisi səslənirdi. Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, eləcə də elm, incəsənət və mədəniyyət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar. X X X Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhnəmizin əvəzolunmaz simalarından biri Nəsibə xanım Zeynalova ilə vidalaşma mərasimində iştirak etmək üçün teatra gəldi. Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev mərhumun cənazəsi yanında fəxri qarovulda dayandılar. Sonra ölkəmizin rəhbəri mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi. Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, mərhumun həyat və yaradıcılığından, ölkəmizdə teatr və kinonun inkişafında Nəsibə Zeynalovanın əvəzsiz xidmətlərindən, yaratdığı parlaq və dolğun obrazlarla teatr sənətimizi zənginləşdirməsindən söhbət açdı. O, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə bütün sənətkarlara göstərdiyi diqqət və qayğısından danışaraq, onun Nəsibə xanım ilə görüşlərini, sənətkara dərin hörmət və ehtiram bəslədiyini xatırlatdı. Mədəniyyət naziri Polad Bülbüloğlu, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Neymətov, Dövlət Musiqili Komediya Teatrının direktoru, xalq artisti Hacıbaba Bağırov, xalq artisti, bəstəkar Azər Rzayev, xalq artisti Səyavuş Aslan zəngin obrazlar yaratmış sənətkara Allah-təaladan rəhmət diləyərək bildirdilər ki, Nəsibə Zeynalova Azərbaycan milli teatr sənətimizin zəngin ənənələrini layiqincə davam etdirərək, 60 illik səhnə fəaliyyəti dövründə yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanmışdır. Natiqlər xüsusi vurğuladılar ki, mərhum sənətkar canlandırdığı obrazların yüksək dərəcədə təbiiliyi, milliliyi və müasirliyi ilə səciyyələnmiş, Azərbaycan mədəniyyət tarixinə böyük hadisə kimi daxil olmuşdur. Milli teatr tariximizin yetirdiyi böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qalan aktrisa yüksək peşəkarlığı, öz müasirlərinin mənəvi aləminə dərindən nüfuz eimək və zamanın ruhunu gözəl əks etdirmək bacarığı ilə seçilirdi. Onun böyük istedadla yaratdığı qadın obrazları özlərinin danışıq və davranış tərzləri ilə yadda qalmış, onların hər sözü el arasında dillər əzbəri olmuşdur. Matəm mərasimində çıxış edənlər Nəsibə xanımın yüksək insani keyfiyyətlərindən, kino aktyoru kimi fəaliyyətindən də danışdılar. Bildirildi ki, bədii filmlərdə yaratdığı maraqlı və yaddaqalan surətlər aktrisanın aktyor həyatının bir hissəsini təşkil edərək, onun fitri istedadını və sənətkarlıq bacarığını bariz şəkildə göstərmişdir. Var qüvvəsini milli teatr və kino sənətimizin tərəqqisinə sərf etmiş müqtədir aktyorumuzun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, müxtəlif dövlət mükafatları, orden və medallarla, o cümlədən ali mükafat - “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Teatr Xadimləri İttifaqının təsis etdiyi Fəxri medalın birincisi də vəfatından cəmi yarım saat əvvəl Nəsibə xanıma təqdim edilmişdir.Mərhumun oğlu Cahangir Novruzov matəm mərasimində çıxış edərək, teatr və kino sənətinin inkişafında anasının xidmətlərinə verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bütün Nəsibəsevərlərə və matəm mərasimində iştirak edənlərə də təşəkkür etdi. X X X Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi. “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun prezidenti Mehriban xanım Əliyeva da Nəsibə xanımın yaxınları ilə səmimi görüşərək, onlara Allah-təaladan səbir dilədi.Nəsibə xanım Zeynalovanın ailə üzvləri, qohumları mərhumla vidalaşdılar. X X XXalq artisti Nəsibə Zeynalovanın cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük sənətkar, əsl vətəndaş və qayğıkeş insan Nəsibə Cahangir qızı Zeynalovanın cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib