Azərbaycan Dövlət İnformasiya Agentliyi

SON MƏNZİLƏ

Dekabrın 2-də ölkəmizin ictimaiyyəti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq şairi Məmməd İnfil oğlu İbrahimovu (Məmməd Arazı) son mənzilə yola salmışdır.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin adından, habelə dövlət və hökumət təşkilatları, Yazıçılar Birliyi, müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Xalq şairi Məmməd Arazın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun poeziyasının pərəstişkarları axın-axın teatrın binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Salonda həzin matəm musiqisi səslənirdi. Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, eləcə də elm, incəsənət və mədəniyyət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədəbiyyatımızın görkəmli simalarından biri olan Məmməd Araz ilə vidalaşma mərasimində iştirak etmək üçün teatra gəldi.

Prezident İlham Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərhumun cənazəsi yanında fəxri qarovulda dayandılar.

Sonra dövlətimizin başçısı mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi.

Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, mərhum şairin həyat və yaradıcılığından danışdı və dedi ki, Azərbaycan milli bədii təfəkkürünün yetişdirdiyi böyük şəxsiyyətlərdən, nadir sənətkarlardan biri kimi Məmməd Arazın poeziyası hələ sağlığında xalqımızın milli sərvətinə çevrilmişdi. O, öz şeirlərində lirikanı, ən ülvi insani hissləri, ictimai-siyasi prosesləri birləşdirmiş və tərənnüm etmişdir.

Əsil vətəndaş, təvazökar şair bütün canı, qanı ilə Azərbaycanın müstəqilliyinə, istiqlalına bağlı olmuş, Vətənimizin, xalqımızın, torpağımızın təəssübünü çəkmişdir. Bütün bunlar onun poeziyasının ana xəttini təşkil etmişdir.

Şəxsiyyəti pak, təmiz olan mərhumun taleyinə uzun illər ağır xəstəlik yazılsa da, o, əslində, bu xəstəliyə qalib gəlmiş, yeni əsərlər yaratmaqla gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə, milli şüurun inkişafına böyük təsir göstərmiş, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün insanları ruhlandırmış və gələcəyə səsləmişdir.

E.Əfəndiyev ümummilli liderimiz Heydər Əliyevin vaxtilə bütün sənət adamlarına, o cümlədən yazıçı və şairlərə göstərdiyi diqqət və qayğıdan danışaraq, onun Məmməd Arazla görüşlərini xatırlatdı və dedi ki, o, Məmməd Araz şəxsiyyətinə, yaradıcılığına daim böyük məhəbbətlə, hörmətlə yanaşmış, şeirlərini yüksək dəyərləndirmişdir.

Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, əməkdar incəsənət xadimi, şair Nəriman Həsənzadə, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli mübariz şairə Allah-Təaladan rəhmət diləyərək söylədilər ki, yaratdığı milli vətənpərvərlik obrazları ilə oxucuların dərin rəğbətini qazanmış Məmməd Araz həm də uzun müddət Azərbaycanda çıxan müxtəlif jurnal və qəzetlərdə məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışmış, 30 il “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuş, Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik etmişdir.

Şairin yarıməsrlik ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən, xalqa bağlılığı, milli koloriti, rəvan dili ilə səciyyələnən əsərlərində vətəndaşlıq ruhu hökm sürür. Onun qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir. Məmməd Arazın əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış ola bilmişdir.

Matəm mərasimində çıxış edənlər Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının oynadığı xüsusi rolu vurğuladılar. Eyni zamanda bildirildi ki, öz əsərlərində ölkəmizin füsunkar təbiətinin gözəlliklərini poetik dillə tərənnüm edən şair bütün qəlbi ilə bağlı olduğu və sevdiyi doğma təbiətin qorunmasına vətənin qədirbilən övladı kimi köməyini əsirgəmir, yaradıcılığı ilə bu mühüm işə xidmət göstərirdi. Bir sözlə, Məmməd Arazın yaradıcılığı Azərbaycan ədəbiyyat tarixinə böyük hadisə kimi daxil olmuş, şeirləri dillər əzbərinə çevrilmişdir. Bütün bunlara görə, Məmməd Arazın xidmətləri həmişə yüksək qiymətləndirilmiş, o, fəxri adlara, Dövlət mükafatına layiq görülmüş, müstəqil dövlətimizin ən ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.

X X X

Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva da Məmməd Arazın yaxınları ilə səmimi görüşərək, onlara Tanrıdan səbir dilədi.

Məmməd Arazın ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.

X X X

Xalq şairi Məmməd Arazın cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq görkəmli sənətkar, əsil vətəndaş və gözəl insan Məmməd İnfil oğlu İbrahimovun (Məmməd Arazın) cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Premyer Liqanda XI turun daha iki oyunu keçirilib

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi

Aaron S. Uotkin: BIAF-2006 festivalının gözəl ab-havası var

Metronun “28 May” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya olub

Professor: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi tarixi Zəfərdə həlledici rol oynayıb

Cakartada Azərbaycanın Zəfər Günü qeyd olunub

Fransada etirazların yeni dalğası: 7 noyabr aksiyaları gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Qaradağda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli ümumrayon tədbiri keçirilib

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Etirazlar Avropa siyasi sisteminin qarşısında duran sualları üzə çıxarır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub

I Aşıq Festivalının yekun konserti olub

Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub

Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə qəbul keçirilib

“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir - ŞƏRH

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanın Zəfər Günü Haaqada qeyd olunub

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib

Fransada təhsil işçiləri və tələbələr noyabrın 10-da yenidən küçələrə çıxacaq

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib

“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib

AHİK-də Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri təşkil olunub

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Naxçıvanda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası çərçivəsində 825 ədəd tut tingi əkilib

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

Şəhid gizir İsgəndər Museyiblinin qəhrəmanlığı ailəsinin və xalqımızın yaddaşında yaşayır

Zəfər Günü: tarixi ədalətin və birliyin təntənəsi

Gəncədə fəal gənclərin təşəbbüs və təklifləri dinlənilib

Niyazinin mənzil-muzeyində Zəfər Günü: vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim edilib

Xatirə Vəliyeva: Uşaqlığımın keçdiyi stadion bu gün mənim üçün xüsusi qürur və sevinc mənbəyidir

Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə elmi baxış

Ərzurumda Zəfər Günü münasibətilə konsert keçirilib

Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub

Zəfər Günü Eskişehirdə xüsusi proqramla qeyd edilib

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verilib

Zəfər quruculuq və Böyük Qayıdışla yaşadılır - ŞƏRH

Müharibə veteranı: Azərbaycan xalqının birliyi və Ordumuzun gücü tarixi Zəfərimizi təmin etdi

Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub VİDEO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX-də Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib VİDEO

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Vətən müharibəsi iştirakçısı: Zəfərə gedən yolla bağlı xatirələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib VİDEO