Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sönməyən “Ulduz”un 55 illik yubiley nömrəsində...

Sönməyən “Ulduz”un 55 illik yubiley nömrəsində...

Bakı, 7 oktyabr, AZƏRTAC

Yer kürəsinə ən yaxın ulduz Günəşdi. O, bizi ilin 2 fəsli və 149.600.000 kilometr uzaqdan isidir. Azərbaycana ən yaxın ulduz “Ulduz” jurnalıdı. O, bizi ilin bütün ayları və yaxından isidir.... "Ulduz" həm də bizə sinəmizdəki ürək qədər yaxındı, damarımızdakı qan qədər istidi. Ədəbi nəsillər "Ulduz"la böyüyüb, qocalıb, dünyadan köçüb. İndinin özündə də "Ulduz"la doğulan, böyüyən yazarlar pərvəriş tapmaqdadır. Gerçək olan budur ki, bütün qələm əhlinə məlum olan bir həqiqət var - taleyi "Ulduz"dan keçənlər dünyadan köçəndən sonra da yaşamaq hüququ qazanır. Uzun sözün qısası, həqiqətə nəfəs qədər yaxın olan ulduzlardan yayındırmayaq fikrimizi, "Ulduz" onu yaşadanları yaşadır, bu "Ulduz"un ona sadiq qalanlara bir vəfa borcudur. Əslində, sadalanan bütün könülaçan fikirlər bir sevincli xəbərə hədəflənib: "Ulduz" jurnalının sentyabr-oktyabr sayı işıq üzü görüb. 55 illik yubileyini silsilə layihələrlə ağırlayan dərgi, sözügedən xüsusi sayını ötən illərdə səhifələrində dərc edilmiş seçmə yazılara həsr edib. Nostalji duyğulara köklənib "Ulduz" bu dəfə, xatırlatmaq üçün, unutdurmamaq üçün! Tarixində ilk dəfə böyük həcmdə və fərqli formatda nəşr edilmiş xüsusi nömrənin ideya müəllifi jurnalın baş redaktoru Qulu Ağsəsdir.

AZƏRTAC xəbər verir ki, dərgi filologiya elmləri doktoru Abid Tahirlinin "Ulduzlar: parlayan, sayrışan və... sönənlər" başlıqlı yazısı ilə açılır. Yazıda mətbuatımızın, eləcə də 55 illik şərəfli və layiqli yol keçmiş "Ulduz"un tarixinə nəzər salınır, dərginin hazırda həyata keçirdiyi və perspektiv layihələrindən söhbət açılır.

Dərc edilmiş yazılara gəlincə, ilk öncə 1967-ci ilin fevral nömrəsində unudulmaz yazıçı Mir Cəlalın "Abadlıq", 1973-cü ilin dekabr nömrəsində Xalq yazıçısı İsmayıl Şıxlının "Mənim rəqibim", 1990-cı ilin fevral nömrəsində Afaq Məsudun "Qəza" hekayələri diqqəti cəlb edir. Nurəddin Babayevin 1971-ci ilin noyabr nömrəsində dərc edilmiş "Qızlar, sözüm sizədir" yazısının əsasını müəllifə yazılmış iki məktub və dövrün gəncliyi haqda yazıçı mülahizələri təşkil edir. 1971-ci ilin dekabr nömrəsində yer almış "Ustad" məqaləsi Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illik yubileyi haqda təəssüratlarını, korifey bəstəkarımız Qara Qarayevin 1975-ci ilin dekabr nömrəsində dərc edilmiş "Üzeyir Hacıbəyov haqqında söz" sərlövhəli yazısı isə böyük bəstəkarın anadan olmasının 90 illiyi ilə əlaqədar düşüncələrini özündə ehtiva edir. Eləcə də teatrşünas və jurnalist Qulam Məmmədlinin 1981-ci ilin iyun nömrəsində dərc edilmiş "Gənclərin "Molla Nəsrəddin" müəllimi" məqaləsi eyniadlı jurnalın 75 illiyinə həsr edilib. Habelə Firudin Şuşinskinin uzaq 1977-ci ilin oktyabr nömrəsində işıq üzü görmüş "Qarabağın "Şur"u" adlı yazısı "Şur" ansamblının keçdiyi 25 illik tarixinə işıq tutur. 1978-ci ilin iyul nömrəsində Dilbər Axundzadə ömür-gün yoldaşı Mikayıl Müşfiqi "Müşfiqli günlərim" deyə xatırlayır. Yazıçı Elçin Əfəndiyev 1982-ci aprel nömrəsində "Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr" tənqidi məqaləsi ilə ədəbiyyatşünaslığın bu sahəsinin tarixinə nəzər salır, təhlillər aparılır və inkişaf yolları axtarılır. Yazıçı Anarın 1985-ci ilin avqust nömrəsində təqdim edilmiş "Qarabağ şikəstəsi" reportaj-yazısı müəllifin Ağdama, Şuşaya, Laçına səfəri ilə bağlı təəssüratları ilə çərçivələnmir, maraq kəsb edən bir sıra tarixi məqamlara aydınlıq gətirir.

Şair Qabilin "Fayton", Musa Yaqubun "Nazim həsrəti", Seyran Səxavətin "Duman və nənəm", Aşıq Şəmşirin "Ulduz"un qonağıyam", Ramiz Əliyevin "Bakı-Ağdam", Nüsrət Kəsəmənlinin "Anama", Əli Kərimin "Nə xoşbəxt imişəm bir zaman", Vahid Əzizin "Lövhələr", Xəli Rzanın "Kişi əlləri", Zəlimxan Yaqubun "Üç telli durna", Məmməd Arazın "İlhamım", Dilsuzun "Sevdiyim şairə məktub", Eldar Baxışın "Davalı günlərin gözləri acdı", Şamxal Rüstəmin "Bircə biləydim məni kimin qarğışı tutdu", Adil Cəmilin "Bu yoxuşu çıxasıyam", Paşa Əlioğlunun "Naxçıvanda dağlar, buludlar, torpaq və ağaclar", Oqtay Rzanın "Səs", Məmməd İsmayılın "Bir adam yol gedir məndən qabaqda", Akif Səmədin "Sən Arazdan keçəmməzsən", Bəxtiyar Vahabzadənin "Qorxu" kimi yaddaqalan poeziya nümunələri jurnalın 67-80-cı illər aralığında, fərqli nömrələrində dərc edilib. "Ulduz"un redaktorlarından" bölməsində isə müxtəlif zamanlarda jurnala rəhbərlik etmiş Yasif Nəsirlinin (1967-1968), Cabir Novruzun (1968-1972), Akif Hüseynovun (1972-1973), Əhməd Cəmilin (1973-1976), Yusif Səmədoğlunun (1976-1987), Abbas Abdullanın (1987-1992), Ələkbər Salahzadənin (1992-2004), Elçin Hüseynbəylinin (2004-2014) və hazırkı baş redaktor Qulu Ağsəsin müvafiq olaraq şeir, hekayə və publisistik yazıları təqdim edilib.

"Dərgidə kitab" rubrikasında Əflatun Amaşovun "Qoşa Qarın adamları və şeytanları" romanı yer alıb. Qeyd edək ki, romanın ilk hissəsi bundan əvvəl dərginin yanvar nömrəsində, "Qanıq Hasan, bir də Qaragöz" adı altında dərc edilmişdi. "Ulduz"un xüsusi nömrəsi jurnalın veteran əməkdaşı Ədalət Həsənin rəsmlərindən ibarət "Dərgidə sərgi" ilə tamamlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI