Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.0.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.1.13-cü maddə əlavə edilsin:

“4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət.”;

1.2. 5-ci maddədə “Bu Qanunun 4.0.1.1-4.0.1.6-cı” sözlərindən sonra “və 4.0.1.13-cü” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 7.0.10-3-cü maddə əlavə edilsin:

“7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;

1.4. 9.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.10-cu maddə əlavə edilsin:

“9.1.10. beşdən çox uşağı olan qadınlara müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək.”;

1.5. 10.2-ci maddədə “və 9.1.9-cu” sözləri “, 9.1.9-cu və 9.1.10-cu” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin