“SOSİAL SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 7, maddə 505, № 12, maddə 976; 2005-ci il, № 1, maddə 2, № 12, maddə 1082; 2006-cı il, № 11, maddə 923, № 12, maddə 1018; 2007-ci il, № 1, maddə 4, № 12, maddə 1193; 2008-ci il, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602) 15-ci maddəsinin on birinci abzasında “5” rəqəmi (hər iki halda) “3” rəqəmi ilə əvəz edilsin.
II. Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2009-cu il.