Azərbaycan Dövlət İnformasiya Agentliyi

“SOSİAL SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA VƏ “ƏMƏK PENSİYALARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, №11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, №9, maddə 576, №12, maddələr 733, 736; 2002-ci il №12, maddə 706; 2004-cü il, №7, maddə 505, №12, maddə 976; 2005-ci il, №1, maddə 2, №12, maddə 1082; 2006-cı il, №11, maddə 923, №12, maddə 1018; 2007-ci il, №1, maddə 4; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 473-IIIQD nömrəli və 2008-ci il 7 fevral tarixli 543-IIIQD nömrəli qanunları) mətn üzrə ismin müvafiq hallarında “işəgötürən” və “sığorta olunan” sözləri müvafiq olaraq ismin müvafiq hallarında “sığortaedən” və “sığortaolunan” sözləri ilə əvəz edilsin.

II. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №3, maddə 208, №12, maddə 1019; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 474-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci maddədə “sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin” sözləri “sığortaolunanların (bundan sonra - sığortaolunan)” sözləri ilə əvəz edilsin.

2. mətn üzrə ismin müvafiq hallarında “sığorta olunan şəxs” və “sığorta olunan” sözləri ismin müvafiq hallarında “sığortaolunan” sözü ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin