SİYASƏT
SOSİOLOJİ SORĞULAR DA İLHAM ƏLİYEVİN QƏLƏBƏSİNİ TƏSDİQLƏMİŞDİR
Mərkəzin rəhbəri Arif Haşımov jurnalistlərə bildirmişdir ki, ölkənin müxtəlif bölgələrində aparılan exit poll və quick count sorğuları zamanı aydın olmuşdur ki, rəyi soruşulanların (22315 nəfər) əksəriyyəti öz səslərini prezidentliyə namizəd İlham Əliyevə vermişdir. Belə ki, quick count sorğusunun (sürətli hesablama) saat 23:30-a olan yekunlarına görə, İlham Əliyev səslərin 74,73 faizini qazanmış, exit poll sorğusuna (çıxışda sorğu) görə saat 13:30-a olan məlumata əsasən, seçicilərin 62,78 faizi İlham Əliyevin lehinə səs vermişdi, sorğunun bu növü üzrə saat 21:30-a olan son nəticələr isə 72,21 faiz idi. Sosioloqlar uzaq məsafədən aparılan sorğunun nəticələrini analitik-hesablama mərkəzinə ötürmüşlər. Bolqarıstan mütəxəssisləri mərkəzin təşkilində və sorğuların aparılmasında azərbaycanlı həmkarlarına kömək göstərmişlər.
Mətbuat konfransında iştirak edən bolqarıstanlı müşahidəçi Plamen Nikolov Müsavat Partiyası təmsilçilərinin paytaxtdakı vəhşiliklərə münasibətini bildirərək vurğulamışdır ki, bu hadisə onda məğlubiyyətini qabaqcadan hiss edən müxalifətin qanunazidd hərəkətləri seçkilərdən çox-çox əvvəl planlaşdırdığı fikri doğurmuşdur.