Soyğunçular məsuliyyətə cəlb edilmişlər
Bakı, 12 iyul (AZƏRTAC). Paytaxtda qeydə alınmış soyğunçuluq hadisəsinin üstü açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 9-da Xanım Sultanovaya zor tətbiq edilərək qızıl boyunbağısı alınmışdır.
Cinayətdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Soltan Musayev və Elmir Həsənov Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinin əməkdaşları tərəfindən yaxalanmışlar.
Digər soyğunçuluq hadisəsi isə Mingəçevirdə qeydə alınmışdır. Şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli sakin Murad Ramazanov məsuliyyətə cəlb edilmişdir. O, iyulun 10-da Könül İbrahimovaya zor tətbiq edərək qızıl boyunbağısını almaqda şübhəli bilinir.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 2-də Mingəçevir şəhər sakini Sadəgül İbrahimovaya da zor tətbiq edərək boyunbağısını alması müəyyən edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]