SOYĞUNÇULAR YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 26-da saat 01 radələrində 2 nəfər naməlum şəxs Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini İlqar Zeynalovun idarə etdiyi “Reno” markalı avtomaşına sərnişin qismində əyləşib “UPD” deyilən yerə gedəcəklərini bildirmişlər. Onlar həmin yerə çatanda sürücünü bıçaqla hədələyərək 56 manatını və mobil telefonunu almışlar.
Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağcabədi rayon sakini Sadiq Səmədov və Lənkəran sakini İlqar Həsənov tutulmuşlar.
İyulun 30-da Sədərək Ticarət Mərkəzində Bakı şəhər sakini Hacıbaba Hacıbabayevə məxsus mağazadan damı sökmək yolu ilə 81 manat dəyərində tütün məmulatlarını oğurlamağa cəhd göstərmiş Masallı rayon sakini Elçin Abdinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və sonrakı araşdırmalar aparılması üçün Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsinə təhvil verilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]