MƏDƏNİYYƏT
“Sozvezdiye” Gənclərin yaradıcılıq klubunda mətbuat konfransı keçiriləcək
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) nəzdində fəaliyyət göstərən ki “Sozvezdiye” gənclərin yaradıcılıq klubunda noyabrın 5-dən 10-dək Gürcüstanda gənclər arasında keçirilmiş iki “Tetri-Tolia” müsabiqəsində Azərbaycan nümayəndə heyətinin iştirakının yekunlarına həsr olunan mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında İqor Krutoyun Populyar Musiqi Akademiyasının birinci dərəcəli laureatı, həmçinin “Uşaq Avroviziyası-2012” və “Uşaq Yeni Dalğası -2013” mahnı müsabiqələrindən, Filip Kirkorov və Nikolay Baskovla duetləri ilə tanınmış Suada Ələkbərova, eləcə də Potidə (Gürcüstan) keçirilən müsabiqədə birinci yeri tutan Naidə Əhmədova iştirak edəcəklər.
“Sozvezdiye” ansamblının Gürcüstanda rəqs şousu nominasiyasında birinci yeri tutan üzvləri də tədbirdə iştirak edəcəklər.
Mətbuat konfransı saat 15:00-da “Park-bulvar” ticarət-əyləncə mərkəzində “Tusi-Bohm Planetarium” zalında (ticarət mərkəzinin sonuncu mərtəbəsi) keçiriləcək.