“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
Bakı, 27 iyul, AZƏRTAC
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 01:45-də Florida ştatının Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb. Onun artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [20:05]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [19:15]
Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub
- 20.11.2026 [18:58]
Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb
- 20.11.2026 [17:42]
Fransada COVID-19-un yayılması sürətlənir
- 20.11.2026 [17:28]
“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir
- 20.11.2026 [15:56]
COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib
- 20.11.2026 [15:13]