İQTİSADİYYAT
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi: Ötən il Çağrı Mərkəzinə 190 müraciət daxil olub
Bakı, 13 yanvar, AZƏRTAC
2017-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin çevik məlumat mübadiləsini təmin edən “963” nömrəli Çağrı Mərkəzinin funksional imkanları artırılıb, daxil olan müraciətlərin operativ icraya yönləndirilməsi təmin edilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il ərzində Çağrı Mərkəzinə vətəndaşlardan 190 müraciət daxil olub. Müraciətlərin 78-i sənaye müəssisələrinin texniki-normativ sənədlərlə təmini, 112-si sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, norma və prosedurlarla bağlı olub. Müraciətlərin hər birinə baxılaraq müvafiq tədbirlər görülüb.