İQTİSADİYYAT
Stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi vahid ASC formasında fəaliyyət göstərəcəkdir
Bakı, 8 dekabr (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat birliklərinin birləşdirilməsi məsələsinə aydınlıq gətirmişdir.
AZƏRTAC xəbər verir ki, nazir Əli Abbasov Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsinin vahid ASC formasında fəaliyyət göstərməsi ilə bağlı təkliflərin hazırlandığını bildirmişdir. Nazir qeyd etmişdir ki, bu məsələ 2014-cü ildə öz həllini tapacaqdır.