Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əhalinin sosial məsələlərinin həlli istiqamətində atılan mühüm addımdır

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əhalinin sosial məsələlərinin həlli istiqamətində atılan mühüm addımdır

Xaçmaz, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Respublikamızın bütün regionlarında olduğu kimi, şimal bölgəsində də əhalinin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra olunur. Bu işlər sırasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əsas yerlərdən birini tutur. Şimal bölgəsində yerləşən Quba, Qusar, Şabran, Siyəzən şəhərləri artıq fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Xaçmaz və Xızı şəhərlərində isə bu istiqamətdə işlər davam etdirilir.

Xaçmazda 58 minə yaxın əhalinin su təchizatı və kanalizasiya xidmətləri əsaslı şəkildə yaxşılaşacaq

“Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin böyük hissəsi artıq yekunlaşıb.

Hazırda layihənin ikinci mərhələsinə uyğun olaraq şəhər ərazisində şəbəkə su və kanalizasiya xətləri çəkilir. Şəbəkə su xətlərinin ümumi uzunluğu 165,6 kilometrdir. Çəkilməkdə olan kanalizasiya xətlərinin ümumi uzunluğu isə 149 kilometrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilir. Hazırda işlər şəhərin Heydər Əliyev prospektində, Zərifə Əliyeva, Mirzə Ələkbər Sabir və Təbriz küçələrində aparılır. Paralel olaraq xətlərin yaşayış evlərinə birləşdirilməsi prosesi də həyata keçirilir. Su və kanalizasiya xətlərinin tikintisi yekunlaşdıqdan sonra 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq.

Layihənin birinci mərhələsində Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Eyni zamanda, 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.

Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilib.

Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq. Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin iki il ərzində başa çatdırılması nəzərdə tutulub.

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri

2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla yenidən qurulub

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Layihənin icrasına 2012-ci ildə başlanılıb. Birinci mərhələdə Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8 min 800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub.

İkinci mərhələdə isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə yaradılıb. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda, həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq.

Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.

Quba şəhəri və ətraf yaşayış məntəqələri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunur

Şimal bölgəsinin ən böyük rayonlarından biri olan Qubanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2013-cü ildə tamamlanıb. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihəyə əsasən, Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilib. Suyun özüaxımlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2 min 435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilib. Su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6 min 450 metr olan iki paralel magistral su xətti çəkilib. Əhalini fasiləsiz su ilə təmin etmək üçün Quba şəhərində relyef baxımından ən yüksək ərazidə ümumi tutumu 14 min kubmetr olan dörd anbar tikilib. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 190 kilometr olan paylayıcı su şəbəkəsi yaradılıb, 9 min 525 ünvana ev birləşmələri verilib, 8 min 900 abunəçi “smart-kart” sayğacı ilə təmin olunub. Həmçinin Quba şəhərində 216 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılıb və bütün ünvanlar şəbəkəyə qoşulub. Hazırda şəhərdə toplanan tullantı suları mövcud kollektorlar vasitəsilə axıdılır. Gələcəkdə tullantı suları Xaçmaz şəhəri yaxınlığında inşa ediləcək, sutəmizləyici qurğuya ötürüləcək.

Xızı sakinləri də tezliklə fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq

“Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası da hazırda davam edir. Layihə Xızı şəhərində 3 min 294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla, ümumilikdə 6 min 279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Şimal bölgəsində yerləşən Siyəzən və Şabran şəhərlərinin içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkələrinin yenilənməsi işləri isə 2013-cü ildə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub