Su üçün süzgəc-kitab
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ-ın Karnegi-Mellon Universiteti mütəxəssislərinin hazırladıqları kitabın bir səhifəsi 100 litrə qədər su təmizləyir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qeyri-adi nəşr müvəffəqiyyətlə sınaqdan keçirilib. Kitab 660 milyondan çox adamı təmiz içməli su ilə təmin etməyə imkan verəcək.
Süzgəc-kitab ideyasının müəllifi Teri Dankoviç bildirir ki, hər bir səhifədə suyu təmizləməyin nə üçün əhəmiyyətli olması barədə xəbərdarlıq var. Tədqiqatçıların sözlərinə görə, bütöv kitab bir adama orta hesabla dörd il kifayət etməlidir.
Süzgəc-kitabın səhifələrinin tərkibində mexaniki təmizləyən və bakteriyaları öldürən mis və gümüş nanohissəciklər var. Suyu süzgəcdən keçirmək üçün kitabın bir vərəqini qoparmaq, onu hər hansı üsulla harasa bərkitmək və mayeni süzmək lazımdır.
Qana, CAR və Banqladeşdə aparılan sınaqlar göstərib ki, nanohissəciklər bakteriyaların 99 faizini məhv edir. Süni şəkildə çirkləndirilmiş suyun təmizlənməsi kitab vərəqlərinin 100 faiz səmərəli olduğunu nümayiş etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]