SUDAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ
Hörmətli cənab Prezident,
Sudan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2002-ci il