Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-ailələri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında bütün Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızdakı qardaşlıq və sülh tellərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi ifadə edirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

 

Abdel Fattah Abdelrahman Al-Burhan

Sudan Respublikasının Suveren Keçid

Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin