Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Süleyman Mikayılov: Boks üzrə Azərbaycan milli komandası birinci Avropa Oyunlarına ciddi hazırlaşır

Süleyman Mikayılov: Boks üzrə Azərbaycan milli komandası birinci Avropa Oyunlarına ciddi hazırlaşır

Bakı, 23 may, Samirə Allahverdiyeva, AZƏRTAC

Azərbaycan böyük idman bayramı ərəfəsindədir. Tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına üç həftədən də az vaxt qalır. İdmanın 20 növü üzrə keçiriləcək bu mötəbər yarış təkcə qitədə deyil, bütün dünyada milyonlarla insanın diqqət mərkəzində olacaq.

Avropanın 6 mindən artıq güclü idmançısının qatılacağı yarışa Azərbaycan atletləri, o cümlədən boksçularımız də ciddi hazırlaşırlar. Birinci Avropa Oyunlarının proqramına daxil olan boks yarışları iyunun 16-dan 27-dək “Baku Crystal Hall”da təşkil olunacaq.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Avropa Boks Konfederasiyasının və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının İcraiyyə komitələrinin üzvü Süleyman Mikayılov idmançılarımızın bu mötəbər yarışa hazırlığı və “Bakı-2015”in ölkəmiz üçün əhəmiyyəti ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

-Süleyman müəllim, Azərbaycanda boksun inkişafı və hazırki durumu ilə bağlı nə deyə bilərsiniz?

-Azərbaycanda boksun tarixi ənənələri var. Hazırda boks ölkəmizdə sürətlə inkişaf edir. Son 5 ildə çempionlarımızın, ikiqat dünya və Olimpiya mükafatçılarımızın sayı xeyli artıb. Sevindirici haldır ki, bu gün Azərbaycanda uğurlu nəticələrə nail olan bir çox boksçular var. Onların arasında dünya çempionu Cavid Çələbiyevin, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun və Avropa birincisi Teymur Məmmədovun adlarını çəkmək olar. Birinci Avropa Oyunlarından əvvəl bütün çəki dərəcələrində idmançılar arasında seçim döyüşləri keçiriləcək və milli komandanın tərkibi bunun əsasında formalaşdırılacaq. Medallara ümidlərimiz çox böyükdür.

-Bakıda keçiriləcək birinci Avropa Oyunlarına Azərbaycan Boks Federasiyasının hazırlığı barədə nə deyə bilərsiniz? İdmançılarımızın hazırlığı nə səviyyədədir və qarşıya qoyulan hədəflər nələrdir?

-Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir vətəndaş kimi, mənə də sonsuz qürur verir. Həqiqətən də gənc müstəqil dövlətimizin Avropanın tarixində ilk dəfə keçiriləcək bu Oyunlara ev sahibliyi etmək hüququna nail olması fərəhləndirici hadisədir. Azərbaycan bu Oyunların standartlarını müəyyən edir.

Birinci Avropa Oyunlarının proqramına boksun daxil edilməsi təsdiqləndikdən sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi altında məşqçi heyəti ilə birlikdə yarışlara hazırlıq planı müəyyənləşdirildi. Son bir ildə komandanın məşqçilər heyətində dəyişiklik edilib. Milli komandanın sükanı arxasına dünya şöhrətli məşqçi, kubalı Pedro Rok Otano gətirilib. O, əvvəllər ABŞ-ın gənclərdən ibarət milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi ilə boks üzrə milli komandamız birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Hazırda Meksikada təlim-məşq toplanışında olan millimiz orada Pan-Amerika Oyunlarına hazırlaşan dünyanın ən güclü idmançıları ilə birlikdə məşqləri davam etdirir. Mayın sonunda Vətənə qayıdacaq idmançılarımızın arasından ən güclüləri seçilərək birinci Avropa Oyunlarında iştirak hüququ qazanacaqlar.

-Ümumilikdə birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu Oyunların Azərbaycan idmanının inkişafına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə töhfəsi barədə nə deyə bilərsiniz?

-Azərbaycan Avropanın idman tarixində bir ilkə imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir, mühüm uğurlar qazanır. Məhz buna görə də birinci Avropa Oyunlarına ev sahibliyi barədə səsvermə keçirilərkən qitə ölkələrinin əksəriyyəti Azərbaycana səs verdilər. Bu, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.

Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən, müasirləşən respublika, eyni zamanda, güclü idman ölkəsi kimi tanınır. Bunu Azərbaycana səfərləri zamanı ölkəmizin, o cümlədən bölgələrimizin inkişafını və insanların yaşayış səviyyəsinin yüksək olduğunu görən qonaqlar da təsdiqləyirlər.

Azərbaycanda boks idmanının inkişafı Kəmaləddin Heydərovun federasiya prezidenti seçilməsindən sonra daha da sürətlənib. Boksun inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin idmanın digər növləri kimi, bu sahənin də inkişafına göstərdiyi diqqət və qayğı mühüm rol oynayıb.

Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Azərbaycan atletlərinin idmanın 20 növü üzrə uğurla çıxış edərək 50 ölkə arasında ilk sıralarda qərarlaşması ölkəmizdə həmin sahələrin daha sürətli inkişafına təkan verəcək. Yeni tikilən, eləcə də təmir olunan, ən müasir standartlara cavab verən idman obyektləri, stadionlar Oyunlardan sonra idmanın kütləviliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edəcək.

Proqnoz verməyə gəldikdə, demək istərdim ki, birinci Avropa Oyunlarında idmançılarımızın ən azı 12 qızıl medal qazanaraq Azərbaycanın himnini səsləndirəcəklərinə və bayrağımızı dalğalandıracaqlarına inanıram. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin, xüsusən idmanın inkişafı bunu əminliklə söyləməyə imkan verir. Azərbaycan boks, cüdo, karate, güləş və digər növlər üzrə dünyada ön sıralardadır. Azərbaycan idmançıları ümumi komanda hesabında ilk beşliyə düşmək iqtidarındadır.

-Bu yaxınlarda Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü seçilmisiniz. Bu münasibətlə sizi təbrik edirəm. Bunun Azərbaycan boksunun inkişafına və beynəlxalq boks turnirlərinin ölkəmizdə keçirilməsinə töhfəsi barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Mən 10 ildir Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüyəm. Ötən ilin noyabrında Koreya Respublikasında keçirilən seçkilərdə AİBA-nın İcraiyyə Komitəsinə bir daha üzv seçildim. Beynəlxalq idman qurumunun prezidenti Çinq Ko Vu tərəfindən büro üzvü təyin olundum. Prezidentdən sonra 4 büro üzvü var ki, onlardan biri də mənəm. Bu yaxınlarda İtaliyanın Assisi şəhərində Avropa Boks Konfederasiyasının (EBCU) da seçkiləri keçirildi və mən birbaşa üzv seçildim. Bir həftə sonra EBCU prezidenti tərəfindən də büro üzvü təyin olundum. Bu, Azərbaycanda idmanın, xüsusən də boksun sürətli inkişafına verilən qiymətdir.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dünya idman ictimaiyyətinin, eləcə də beynəlxalq boks qurumlarının ölkəmizə etimadı Azərbaycan dövlətinin idmana, o cümlədən boksa olan yüksək diqqət və qayğısının nümunəsidir. Biz də əlimizdən gələni edirik ki, idmanın, boksun inkişafına öz töhfələrimizi verək.

-Azərbaycan Boks Federasiyasının gələcək planları və qarşıdan gələn turnirlər barədə nə deyə bilərsiniz?

-Noyabrda Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı keçiriləcək. Birinci Avropa Oyunlarından sonra bu yarışa hazırlaşacağıq. Daha sonra Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına qatılmaq üçün lisenziya turnirlərində iştirak edəcəyik. Hədəfimiz Olimpiya Oyunlarında tam heyətlə (10 kişi, 3 qadın idmançı) iştirak etməkdir. Əsas məqsədimiz bütün çəki dərəcələri üzrə lisenziyaları qazanmaqdır. Hədəfimiz birinci Avropa Oyunlarında, dünya birinciliyində və “Rio-2016”da mükafatçılar sırasında yer almaqdır. Sevindirici haldır ki, lisenziya xarakterli yarış 2016-cı ilin iyununda Bakıda təşkil olunacaq. Bu qərar Koreya Respublikasında keçirilən AİBA-nın seçkiləri zamanı təsdiq edilib. Bu da idmançılarımız üçün əlavə şansdır. Yəqin ki, son lisenziyalarımızı da bu turnirdə qazanacağıq.

Yaxın günlərdə Azərbaycan Boks Federasiyasının göz oxşayan, müasir, ən yüksək standartlara cavab verən binası istifadəyə veriləcək. Qeyd etmək istərdim ki, dünyanın heç bir ölkəsində federasiyaların belə bir binası yoxdur. Bu kompleks yüksək səviyyəli otelləri, idman zalları, məşq üçün hər cür şəraiti ilə boksçulara nümunəvi xidmət təqdim edəcək.

-Süleyman müəllim, qadın boksçularımızın hazırlığı və vəziyyəti barədə də fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.

-Azərbaycanda qadın boksu son bir neçə ildir yaranmağa başlayıb. Lakin buna baxmayaraq, yaxşı mütəxəssislərimiz və idmançılarımız var. Komandada yerli idmançılarla yanaşı, legioner boksçular da çıxış edirlər. Yarandığı qısa vaxta baxmayaraq, komandada dünya ikincisi və üçüncüsü, Avropa çempionu olan idmançılar var. Bu gün qadın idmançılar arasında milli komandaya düşmək uğrunda ciddi rəqabət gedir. Bilirsiniz ki, qadın boksu yalnız üç çəki dərəcəsində yarışlarda təmsil olunur. Qadın boksçularımızın da hədəfi tam heyətlə Olimpiya Oyunlarında iştirak etməkdir.

Mən qarşıdakı yarışlarda bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, idmançılarımız bayrağımızı daim ən yüksək zirvələrdə dalğalandıracaq, dövlət himnimizi səsləndirəcəklər.

-Müsahibəyə görə təşəkkür edirik.

-Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib