SUMQAYIT AĞSAQQALLARI İLƏ GÖRÜŞ
Ağsaqqallar Şurası idarə heyətinin sədri Müzəffər Gülümov AZƏRTAC-ın müxbirinə demişdir ki, ağsaqqallar arasında bir çox nüfuzlu və tanınmış insanlar var. Sumqayıt məhz onların əməyi və zəkası ilə tikilmiş və inkişaf etmişdir. Biz əminik ki, ağsaqqallar şəhər sakinləri də doğma şəhərə məhəbbət, məsuliyyət, vətənpərvərlik hissi aşılaya, habelə gənclərin sağlam həyat tərzi keçirməsinə kömək edə bilərlər. Ağsaqqallar müntəzəm surətdə əmək kollektivlərində, yaşayış massivlərində, orta və ali məktəblərdə görüşlər keçirəcəklər.