İQTİSADİYYAT
Sumqayıt Baş Gömrük İdarəsində Ümummilli Liderin anadan olmasının 90-cı ildönümü münasibətilə yığıncaq keçirilmişdir
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-də Sumqayıt Baş Gömrük İdarəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yığıncaq keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ulu Öndərin Azərbaycanda gömrük sisteminin formalaşdırılması və inkişafı sahəsindəki xidmətləri qeyd olunmuşdur. Vurğulanmışdır ki, məhz ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ilk Gömrük Məcəlləsi qəbul edilmiş, gömrük orqanlarının normal fəaliyyəti üçün maddi-texniki baza yaradılmış, infrastruktur imkanları yaxşılaşdırılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı çıxış etmişdir.
Mərasimin sonunda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa etmişlər.