REGİONLAR
Sumqayıt bulvarında özfəaliyyət kollektivlərinin konserti olub
Sumqayıt, 18 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt bulvarında mədəniyyət müəssisələrinin kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən konsertdə musiqi məktəblərinin müəllim və şagirdləri, klub müəssisələrinin özfəaliyyət kollektivləri maraqlı bədii proqram təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvarın yay estradasında təşkil edilən konsertdə S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət "Uğur" xalq çalğı alətləri ansamblının, skripkaçılar ansamblının, "Cəsur şahinlər" rəqs qrupunun çıxışı, şagirdlərin və gənc müğənnilərin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. N.Nərimanov adına Mədəniyyət Mərkəzinin kollektivlərinin çıxışı da şəhər sakinlərinin zövqünü oxşayıb.