“Sumqayıt” daha bir transfer reallaşdırıb
Sumqayıt, 11 sentyabr, AZƏRTAC
“Sumqayıt” futbol klubu Kristian Velinovski ilə müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, 2023/2024-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Komanda Şimali Makedoniyanın “AP Brera” klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb. 24 yaşlı cinah oyunçusu “18” nömrəli formada çıxış edəcək.
Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın “Breqalnitsa” və “AP Brera” klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [22:26]
Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub
- 11.11.2026 [19:35]
GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar
- 11.11.2026 [17:41]
Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO
- 11.11.2026 [16:59]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
- 11.11.2026 [14:04]