İDMAN
“Sumqayıt” futbol komandası 2013-cü ildə ilk məşqinə çıxmışdır
Bakı, 14 yanvar (AZƏRTAC). “Sumqayıt” futbol klubu istirahəti başa vurmuşdur. Komanda baş məşqçi Bernhard Raabın rəhbərliyi altında “Bayıl Arena”da ilk məşqinə çıxmışdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, səhər saatlarında hazırlıq keçən komandanın heyətində zədəli futbolçu yoxdur. Bərpa prosesini yekunlaşdırmış Murad Doymuş və Taner Taktak artıq komanda ilə birlikdə məşq edirlər.
U-19 heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə iştirak edən Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə məşqlərə nisbətən gec qoşulacaqlar.
Qeyd edək ki, “Sumqayıt” gündə iki dəfə olmaqla hazırlığını davam etdirəcəkdir. Baş məşqçi Bernhrad Raabın komandası bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaqdır. Komanda yanvarın 19-da əvəzedicilər, yanvarın 26-da “Rəvan” və fevralın 2-də isə “Kəpəz”lə üz-üzə gələcəkdir.