REGİONLAR
Sumqayıt gəncləri üçün növbəti yay məktəbi Qubada təşkil edilib
Sumqayıt, 20 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt gəncləri üçün iyulun 12-dən başlanılan yay məktəbinin növbəti turu Quba rayonunda təşkil edilib.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC -a bildirilib ki, yay məktəbində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin könüllüləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, səhiyyə işçiləri, şəhərin müxtəlif idarə, müəssisə və özəl təşkilatlarında çalışan gənclər iştirak ediblər.
Yay məktəbinin iştirakçıları rayon mərkəzində Ümummilli Liderin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Düşərgədə gənclər arasında intellektual və əyləncəli oyunlar təşkil edilib.
Yay məktəbi Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.