ELM VƏ TƏHSİL
Sumqayıt məktəbliləri UNEC-in təhsil imkanları barədə məlumatlandırılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və tətbiqi elmlər kafedrasının müəllimləri professor Məhəmmədəli Nuriyev və baş müəllim Gülnarə Məmmədova Sumqayıt şəhərində yerləşən 5, 16 və 24 saylı orta məktəblərin yuxarı sinif şagirdləri ilə onlayn görüş keçiriblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə məktəblilərə universitetin təhsil imkanları, ixtisaslar, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd və s. barədə məlumat verilib.
Görüş zamanı sənaye mühəndisliyi ixtisasının mahiyyəti, tətbiq sahələri, karyera imkanları barədə məlumat da şagirdlərə çatdırılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]