İQTİSADİYYAT
Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur
Bakı, 6 sentyabr, AZƏRTAC
Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən işlər davam edir. İşlər bir sıra istiqamətdə aparılır. QSC-nin İnfrastruktur Departamentinin “Əsaslı Təmir” MMC tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
“Əsaslı Təmir” MMC-nin rəisi Abbas Qəmbərov deyib ki, hazırda Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb. Təmir işləri davam edir.