ELM VƏ TƏHSİL
“Sumqayıtçay hövzəsinin müasir florası” kitabı nəşr olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Dilruba Əliyevanın “Sumqayıtçay hövzəsinin müasir florası” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Sumqayıtçay hövzəsinin təbii-ekoloji amillərinin səciyyəsi, ərazi florasının taksonomik, biomorfoloji, ekoloji və botaniki-coğrafi təhlilinə əsasən endemik, nadir, nəsli kəsilməkdə olan və adı “Qırmızı kitab“a daxil edilən növlərin dəqiqləşdirilməsi, hövzə ərazisindəki yay və qış otlaqlarının məhsuldarlığı, yem keyfiyyəti, otlaq tutumunun aşkar edilməsi və s. istiqamətlərdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunub.
Bundan əlavə, kitabda deqradasiyaya məruz qalan bitkiliyin bərpası üçün elmi-praktiki cəhətdən əsaslandırılmış tədbirlər planı əksini tapıb, hövzənin yay və qış otlaqlarından istifadə müddəti təyin edilib.