Sumqayıtda iftar süfrəsi açılıb
Sumqayıt, 14 aprel, AZƏRTAC
Sumqayıtda Ramazan ayı münasibətilə şəhid ailələrinin üzvləri, qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən, ərazi bütövlüyümüzün bərpa olunmasından, tarixi Zəfərin qazanılmasında şəhidlərimizin fədakarlıqlarından söz açılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı tədbirlərin görüldüyü vurğulanıb.
Ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan, Ramazan ayının əhəmiyyətindən də danışılıb. Qeyd olunub ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Sumqayıt şəhəri “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov “Qurani-Kərim”dən ayələr oxuyub, dualar səsləndirib.