SUMQAYITDA İMMUNLAŞDIRMA KEÇİRİLƏCƏK
Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Cahan İrzayeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, immunlaşdırma sahəsində müsbət təcrübəmiz vardır. Ötən ilin əvvəlində keçirilmiş kampaniya ərzində reproduktiv yaşda olan 72 mindən artıq cavan qadın bir sıra yoluxucu xəstəliklərə qarşı peyvənd edilmişdir. C.İrzayevanın sözlərinə görə, bu mühüm profilaktik tədbirlər qadınlarda hamiləlik dövrində əmələ gələn bir sıra patologiyaların qarşısını almağa imkan verir.
Şəhərdə bu kampaniyanın keçirilməsinə hazırlıq işləri başa çatmışdır. Yaşayış yerləri üzrə siyahılar müəyyən edilmiş, immunlaşdırmanın uğurla keçirilməsi üçün bütün poliklinikalar müvafiq ləvazimatla təmin edilmişdir. İmmunlaşdırma pulsuz keçiriləcəkdir.
Təbliğat işinə də xeyli diqqət yetirilir. Şəhər qəzetinin səhifələrində, yerli televiziyada mütəxəssislər immunlaşdırmanın məqsəd və əhəmiyyətindən danışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]