Sumqayıtda şəhidin xatirəsi anılıb
Sumqayıt, 13 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Vətən müharibəsi şəhidi, əsgər Səbuhi Əlixan oğlu Həsənquliyevin xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, şəhidimizin 19-cu doğum gününə həsr edilmiş xatirə tədbirində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Qafqaz Müsəlmanları İdarəsinin Abşeron, Sumqayıt və Xızı bölgəsi üzrə qazısı, Sumqayıt şəhəri "Cümə" məscidinin axundu Hacı Rauf Sərdarov və şəhər ictimaiyyətinin nümayəndələri şəhid qəhrəmanın ata ocağını ziyarət edib, şəhidimizin şərəfinə hazırlanmış barelyefin açılışında iştirak ediblər.
M.Məmmədli şəhidimizin keçdiyi döyüş yolu haqqında danışaraq Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Qələbədə Səbuhi kimi vətən oğullarının müstəsna xidmətini xüsusilə vurğulayıb. Şəhidin valideynlərinə nümunəvi övlad yetişdirdikləri üçün təşəkkür edərək onu heç zaman unutmayacaqlarını söyləyib.
Sonra şəhər ictimaiyyəti ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]