SUMQAYITDA SOYĞUNÇULAR YAXALANMIŞDIR
Sumqayıt, 20 oktyabr (AZƏRTAC). Sumqayıt polisi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etmiş iki gənc saxlanılmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, saxlananlar Lənkəran rayonunun Liman şəhər sakini 1986-cı il təvəllüdlü Yalçın Əliyev və Sumqayıtda yaşayan 1987-ci ildə anadan olmuş Qəmbər Qəmbərovdur. Məlum olmuşdur ki, həmin gənclər bu il oktyabrın 6-da şəhərin 45-ci yaşayış məhəlləsində Sabir Mikayılovu qarət etmişlər. Zərərçəkənin “NOKİA-3110” markalı mobil telefonu əlindən alınmış və o, möhkəm döyülmüşdür. İndi saxlanılan gənclər qanun qarşısında cavab verməli olacaqlar.
Hadisə faktı üzrə Sumqayıt Şəhər Polis İdarəsinin instintaq şöbəsində 120.2.1 maddəsi ilə cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]