Sumqayıtda “Təmiz çevrə” aksiyası
Sumqayıt şəhərində payız mövsümü ilə əlaqədar ətraf mühitin təmizliyi məqsədi ilə “Təmiz çevrə” adlı ekoloji aksiya keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova AZƏRTAC-a açıqlamasında bildirib ki, aksiyaya könüllülərlə bərabər, ”Azərikimya” İstehsalat Birliyinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin tələbələri, şəhərin idarə, müəssisə və təşkilatları cəlb olunub. Ümumilikdə 200-ə yaxın şəhər sakininin iştirak etdiyi aksiyada Nəsimi adına Mədəniyyət və İstirahət parkının 40 kilometrlik ərazisi 30 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
M.Məhərrəmova ekoloji aksiyanın vacibliyi barədə danışaraq bildirib ki, məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda, şəhər əhalisinin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq, eləcə də əhalidə ətraf mühitin qorunmasına dair şəxsi məsuliyyət hissi formalaşdırmaqdır.
Aksiya iştirakçıları son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində respublikamızda həyata keçirilən tədbirlərə də münasibət bildiriblər. Vurğulanıb ki, Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədi ilə ətraf mühitin mühafizəsi istiqamətində hüquqi baza yaradılıb. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekoloji sahədə mühüm addımlar atılıb.
Tədbirdə ekoloji problemlərdən bəhs edən rəsm əsərləri də nümayiş olunub. Ekoloji sahədə göstərdiyi fəallığa görə bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]