Sumqayıtda veloyürüş keçiriləcək
Sumqayıt, 8 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
İyulun 10-da Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçiriləcək. Yarış Sumqayıt şəhər İdman və Gənclər Baş İdarəsinin təşkilatçılığı ilə reallaşacaq.
AZƏRTAC xəbər verir ki, yürüş "Sumqayıt Bulvarı”nın girişindən başlayacaq. Maraq göstərən hər kəs saat 09:00-dan 10:00-dək davam edəcək tədbirdə öz velosipedi ilə iştirak edə bilər.
Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali, xüsusən də yeniyetmə və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [13:37]
Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq
- 18.11.2026 [12:42]
Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj
- 18.11.2026 [12:21]
Astarada çəltik yığımı başa çatıb: 1093 ton məhsul əldə olunub
- 18.11.2026 [12:10]
Alban-Udi icması Amaras monastırını ziyarət edib
- 18.11.2026 [11:13]
“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 18.11.2026 [10:51]
Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 40 lisenziya verilib
- 18.11.2026 [10:35]