İDMAN
Sumqayıtda Yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ilə görüş
Sumqayıt, 2 oktyabr (AZƏRTAC). Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində yeniyetmələr arasında cüdo üzrə Avropa və dünya birinciliklərinin qalibi, Yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Natiq Qurbanlı və onun məşqçisi Zaur İsgəndərov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, idmançını və onun məşqçini əldə etdikləri yüksək nailiyyətlər münasibətilə təbrik edən şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov ölkə rəhbərliyinin digər sahələr kimi, bədən tərbiyəsi və idmana da göstərdiyi diqqət və qayğıdan danışıb.
İkinci Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və onun məşqçisi ölkə və şəhər rəhbərliyinin onlara göstərdiyi qayğıya görə öz minnətdarlığını bildiriblər.
Sonda Natiq Qurbanlı və onun məşqçisinə hədiyyələr təqdim olunub.