Sumqayıtda Zəfər Günü qeyd olunub
Sumqayıt, 7 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbin təşkilatçılığı ilə Sumqayıtdakı Muğam Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri və hərbçilər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədən danışılıb. Bu Zəfərdən sonra ölkəmizin həyatında yeni mərhələnin başlandığı, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin geniş vüsət aldığı, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın doğma yurdlarına qayıdışına start verildiyi diqqətə çatdırılıb.
Tədbir bədii hissə ilə davam edib.