REGİONLAR
Sumqayıtın “Start” musiqi qrupu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində konsert verib
Xırdalan, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda fəaliyyət göstərən “Dostluq” Mədəniyyət Evinin uşaqlardan ibarət “Start” estrada qrupu Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.
Konsertdə Vadim Cavadovun rəhbərlik etdiyi “Start” estrada qrupu “Ey həyat, sən nə qəribəsən”, “Sən, ey uşaqlıq”, “Anlamaq istərdim” və s. Azərbaycan mahnıları ilə yanaşı, rus və Avropa bəstəkarlarının əsərlərini də səsləndirib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini Aleksandr Kolamin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb. O, bu əlamətdar gündə maraqlı konsert proqramı təqdim etdiyinə görə musiqi qrupuna minnətdarlığını bildirib.