CƏMİYYƏT
Suraxanı rayonunda törədilmiş qətl hadisəsinin üstü açılmışdır
Bakı, 7 sentyabr (AZƏRTAC). Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki “Şor qırağı” adlandırılan ərazidə Qaraçuxur qəsəbə sakini Nazilə Əmrahovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəni törətmiş Zeynal Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Araşdırmalar zamanı sentyabrın 5-də Xəzər Rayon Polis İdarəsinə N.Əmrahovanın sentyabrın 4-də itkin düşməsi barədə ərizə ilə müraciət olunması müəyyən edilmişdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.