SİYASƏT
SURAXANIDA SEÇKİLƏR TAM ŞƏFFAF VƏ DEMOKRATİK ŞƏRAİTDƏ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Bakının Suraxanı rayonunda seçicilər yüksək fəallıq nümayiş etdirirdilər. Onlar dəstə-dəstə seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirdilər. 30 saylı Suraxanı birinci seçki dairəsinin əhatə etdiyi 25 məntəqənin hər birində səsvermə tam mütəşəkkil qaydada keçirdi. Seçki dairəsi üzrə 31 min 919 seçicidən təqribən 40 faizi saat 12-dək prezident seçkilərində iştirak etmişdir.
Seçkiləri izləyən beynəlxalq müşahidəçilər onun tam şəffaf və demokratik keçirildiyini qeyd edirdilər.
Dairə seçki komissiyasının sədri Arif Xəlilov bildirdi ki, səsvermə zamanı heç bir qanun pozuntusu olmamışdır.
Rayondakı 31 və 32 saylı seçki dairələrində fəaliyyət göstərən 57 seçki məntəqəsində də seçicilər sərbəst şəkildə öz iradələrini ifadə edirdilər.
Seçki məntəqələrində səsvermə üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edən seçicilər müstəqil Azərbaycanın nurlu sabahına, xalqımızın xoşbəxt, firavan gələcəyinə səs verdiklərini söyləyirdilər.