Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sürixdə və Cenevrədə Azərbaycan-İsveçrə işgüzar konfransları keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

İsveçrə-MDB Birləşmiş Ticarət Palatasının və “PASHA Bank”ın təşkilatçılığı ilə Sürixdə və Cenevrədə Azərbaycan-İsveçrə işgüzar konfransları keçirilib.

AZƏRTAC İsveçrədə rus dilində çıxan gündəlik “Naşa qazeta” nəşrinin saytına istinadla xəbər verir ki, İsveçrə-MDB Birləşmiş Ticarət Palatası (Joint Chamber of Commerce - JCC) - İsveçrə şirkətləri ilə keçmiş SSRİ məkanındakı ölkələrin, o cümlədən Azərbaycanın əlaqələrinin tənzimlənməsinə şərait yaradır. Hər il Berndə və Bakıda görüşlər keçirən Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasında İsveçrənin özəl sektorunu JCC təmsil edir.

2014-cü ilin may ayında JCC, Azərbaycanın İsveçrədəki səfirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Berndə təşkil edilmiş Azərbaycan-İsveçrə işgüzar forumunda əsas məruzə ilə respublikamızın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib. Elə həmin vaxt JCC və AZPROMO arasında imzalanmış sazişə əsasən, bu təşkilatların münasibətlərinə formal status verilib. Bu qurumların ilk müştərək layihəsi keçən həftə “Pasha Bank”ın maliyyə dəstəyi ilə təşkil edilən konfranslar olub. Konfransların əsas məqsədi Azərbaycanın qeyri-neft sektorunda, daha konkret desək, tikinti, kənd təsərrüfatı məhsullarının emalı və bərpa olunan enerji mənbələri sahəsində mövcud işgüzar imkanları təqdim etmək idi.

JCC-nin idarəçi direktoru Dorit Sallis və Azərbaycanın İsveçrədəki səfirliyinin ikinci katibi Fərhad Anis-Babayevin qısa giriş sözlərindən sonra konfrans iştirakçıları təcrübə mübadiləsi aparıb, gələcək layihələri müzakirə ediblər.

Əvvəlcə AZPROMO prezidentinin müşaviri Natiq Mədətov çıxış edib. Qəzet yazır: “Layihənin təqdimatı o dərəcədə inandırıcı oldu ki, bütün işlərimizi kənara qoyub Bakıya bilet almaq istədik. Bəxtimizdən, indi Cenevrədən Bakıya Azərbaycan Hava Yolları Şirkətinin birbaşa reysi işləyir. Bizə xüsusilə xoş gələn bu oldu ki, təqdimatın müəllifi dinamik inkişaf edən ölkəsinin iqtisadiyyatının postsovet məkanında aparıcı rolunu təsdiq edən statistik məlumatlar və çoxsaylı faktlarla yanaşı, tədbir iştirakçılarının yaddaşında həkk olunacaq və onları düşündürəcək misallar da göstərdi: Siz bilirdinizmi ki, Azərbaycan islam dünyasında ilk demokratik respublika olub? Bilirdinizmi ki, islam dünyasında ilk opera teatrı məhz Bakıda açılıb? Xəbəriniz varmı ki, Azərbaycanda qadınlar Fransa (1944), İtaliya (1946) və İsveçrə (1971) ilə müqayisədə xeyli əvvəl - hələ 1918-ci ildə seçkilərdə səsvermə hüququ qazanıblar? Məqalədə belə faktlar göstərilir.

Natiq Mədətov Dünya İqtisadi Forumuna istinadla bildirib ki, Azərbaycan makroiqtisadi şəraitin davamlılığı göstəricisi üzrə 148 ölkə arasında 9-cu yeri tutur, rəqabət qabiliyyətinə görə isə dalbadal altıncı ildir ki, MDB ölkələri arasında liderlik edir (Global Competitiveness report 2014-2015).

İqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını Azərbaycanın iqtisadi siyasətinin ən mühüm bəndləri adlandıran Mədətov bildirib ki, 1995-ci ildən 2014-cü ilə qədər Azərbaycan iqtisadiyyatına qoyulmuş 187,6 milyard dollar sərmayənin (o cümlədən 88, 2 milyard dollar xarici investisiyanın) 62 faizi qeyri-neft sektorunun payına düşür.

Natiq sürətlə inkişaf etməkdə olan xüsusi sahibkarlığın rolunu ayrıca vurğulayaraq bildirib ki, ümumi daxili məhsulun həcmində bu sektorun payı 81,5 faiz, o cümlədən ticarət və xidmətlər sahəsində 99,7 faiz, kənd təsərrüfatında isə 99,4 faiz təşkil edir. Əhalinin 74 faizini işlə təmin edən özəl sektordur.

Natiq Mədətov əcnəbi vətəndaşları əməkdaşlığa çağıraraq daha perspektivli hesab etdiyi üç sahənin adını çəkib: yeyinti sənayesi və kənd təsərrüfatı, turizm, telekommunikasiyalar və bütövlükdə sənaye sahələri. O, iri cari layihələri, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Ekoloji Sənaye Parkı kimi layihələri nümunə göstərib.

N.Mədətov Azərbaycanın məhz hansı səbəblərdən regionun iqtisadi mərkəzinə çevrilməsini izah edərək ölkəmizin əlverişli coğrafi mövqeyini, xoş iqlimini, maliyyə sabitliyini, investisiyalar üçün əlverişli şəraiti göstərərək bildirib ki, bütün bunlar insan amilindən heç də az əhəmiyyət kəsb etmir.

Deyilənlərin həqiqətə nə dərəcədə uyğun olmasını artıq öz şəxsi təcrübəsində yoxlamış İsveçrə şirkətləri adından “Holcim” şirkətində yeni bazarlara cavabdeh olan Hora Adrian çıxış edib. Məlumat üçün bildirək ki, əsası 1912-ci ildə İsveçrədə qoyulmuş “Holcim” beynəlxalq konserni sement, beton doldurucuları (çınqıl, qırmadaş və qum), habelə hazır beton və asfalt qarışıqlarının istehsalı və satışı üzrə dünyada liderdir. Hazırda beş qitədə, 70 ölkədə bölmələri fəaliyyət göstərən “Holcim” şirkətində 2013-cü ildə satışın həcmi 19,7 milyard dollar səviyyəsində olub.

Əvvəlki natiqdən fərqli olaraq Adrian vurğulayıb ki, məhz insan amili Azərbaycanın cəlbedici cəhətlərindən biridir. O qeyd edib ki, Azərbaycanda gənclərin xeyli hissəsi yüksək peşə hazırlığına malik olmaqla yanaşı azı üç dil - Azərbaycan, rus və ingilis dillərini bilir. Buna görə, xarici şirkətlər azərbaycanlıları orada işə qəbul etməklə yanaşı, onları özlərinin başqa ölkələrdəki strukturlarına da inteqrasiya edə bilirlər.

Adrian daha sonra deyib ki, “Holcim” şirkəti 1999-cu ildə Qaradağ sement zavodunun səhmlərinin 86 faizini almaq üçün tenderdə qalib gələrək, Azərbaycan bazarına dikdən sonra yol açıb. Şirkət o vaxt ölkədə sement istehsal edən yeganə müəssisə olan bu zavodun modernləşdirilməsinə 300 milyon avrodan artıq sərmayə qoyub və 1913-cü ili rekord nəticə ilə başa vurub: keçən il satışın həcmi təxminən 170 milyon avro olub.

Hora Adrian bu aşkar uğurlarla bərabər, onu da qeyd edib ki, cari ildə onun şirkəti iki təhdidlə üzləşib. Birincisi, iki yerli istehsalçı - “Akkord” və “Norm” şirkətləri satış bazarına daxil olub. İkincisi, İran-Azərbaycan sərhədində qiymət paritetinin daha cəlbedici olmasına görə (burada sementin bir tonunun qiyməti yerli qiymətlərlə müqayisədə 30 avrodan çox aşağıdır) sement idxalı artır. “Holcim” şirkəti bu təhdidlərə yalnız öz işinin keyfiyyətini yaxşılaşdırmaqla cavab verməyi nəzərdə tutur. Şirkət “Azərbaycanın bu konsernin çox uğurlu tərəfdaşı olaraq qalacağına əmindir”.

Taxıl və qida məhsullarının emalı üçün texnologiyalar yaradılması və bu avadanlıqların istehsalı üzrə dünyada lider olan “Bühler” şirkətinin İran və Cənubi Qafqaz üzrə idarəçi direktoru Şərif Nezam Mafi bildirib ki, qida sənayesində Türkiyə, İran və Rusiya texnologiyalarından Avropa standartlarına, cüzi büdcələrdən sanballı investisiyalara keçid meyli müşahidə olunur. “Bühler” Azərbaycana ilk və Qafqazda yeganə (hələlik!) “The SORTEX Z+” aparatı göndərib. Bu optik çeşidləyici düyü, taxıl, paxla, çay və ya qəhvə, ədviyyat, qoz-fındıq, quru meyvə kimi məhsulların “bir göz qırpımında” və maksimum dəqiqliklə çeşidlənməsini təmin edir. Aparat məhsulların rəngi, forması və başqa xarakteristikaları əsasında “yad cisimləri” seçir və onları əsas məhsul axınından ayırır.

ABB şirkətinin enerji sistemlərinin Şərqi Avropa və Mərkəzi Asiyada satış məsələləri üzrə cavabdeh olan İqor Almazov Bakıda anadan olub və 16 yaşına qədər burada yaşayıb, sonra isə Moskvaya oxumağa gedib. “Bərpa oluna bilən enerji mənbələrinin inkişaf etdirilməsi üçün çox münasib olan bu küləkli və günəşli iqlim şəraiti yaxşı yadımdadır”, - deyən İ.Almazov bildirib ki, bu gün Azərbaycanda bərpa oluna bilən enerji mənbələri 5 faiz təşkil edirsə, 2020-ci ilədək bu göstərici 20 faizə yaxın olmalıdır.

Mütəxəssisin fikrincə, Azərbaycan hökuməti keçmiş SSRİ-nin bütün ərazisində əsassız olaraq lazımınca diqqət yetirilməyən bu sahənin inkişafını əməli işdə stimullaşdırır. Məsələn, günəş və külək sistemləri üçün ölkəyə gətirilən avadanlıq idxal vergisindən azad edilir.

Azərbaycanda 1995-ci ildən işləyən ABB şirkəti bu müddətdə “Azərenerji” dövlət şirkəti üçün 25 yardımçı stansiya və elektrik stansiyası inşa edib istifadəyə verib. Bundan əlavə, ABB şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün avtomatlaşdırma sistemləri; Bakı limanında və ticarət mərkəzlərində, yeni “Abşeron Mariott” otelində və Bakı metrosunda transformatorlar və paylaşdırıcı qurğular; Azərbaycan dəmir yolunun Bakı - Böyük Kəsik qolu üçün yüksək gərginlik avadanlıqları quraşdırıb. 2013-cü ildə şirkətin Azərbaycanda ticarət dövriyyəsinin həcmi 80 milyon dollar olub.

“Pasha Bank”ın Müdirlər Şurasının sədri Fərid Axundov və gələn il iyul ayında bu vəzifəni tutacaq Taleh Kazımov ölkədə maliyyə sektorunun vəziyyəti və təmsil etdikləri holdinqin uğurları barədə danışıblar.

Məqalədə “Pasha Bank”ın nümayəndələri adından deyilir: “Etiraf edirik ki, Axundovun təqdimatı bizə güclü təsir bağışladı. Rus dili öz yerində, ingilis dilini bu cür yüksək səviyyədə bilən keçmiş SSRİ nümayəndələrinin çıxışlarını az eşitmişik. 1987-1991-ci illərdə ölkənin maliyyə sektorunun keçdiyi inkişaf yolunu bir neçə dəqiqədə izləmək maraqlı idi. O vaxt Azərbaycanda cəmi bir bank fəaliyyət göstərirdi, dövriyyədə yalnız bir valyuta vardı, valyuta dəyişdirilməsi isə cəza təhdidli cinayət sayılırdı (o dövrün məşhur sovet plakatlarından birində yumoristik tərzdə deyilirdi: “Pullarınızı əmanət kassasında saxlayın!”). SSRİ-nin planlı iqtisadiyyat sistemi dağılandan sonra hərc-mərclik dövrü Azərbaycandan da yan keçmədi: inflyasiya artırdı, maliyyə piramidaları ən əlverişli biznesə çevrilmişdi. Bankların sayı yağışdan sonra göbələklər artan kimi artırdı, respublikada 200-dən çox bank yaradılmışdı, bütün ticarət əməliyyatları nağd pulla aparılırdı”.

Dünyada ən qədim neftçıxarma ölkələrindən biri olan Azərbaycanı “qara qızıl” xilas etdi. Lakin ölkə rəhbərliyi hələ o vaxt başa düşürdü ki, neft əbədi deyil. Buna görə də iqtisadiyyatın şaxələndirilməsi sayəsində hazırda ölkənin ümumi daxili məhsulunda neftin payı 47 faiz təşkil edir. Müqayisə üçün deyək ki, sovet dövründə bu göstərici 90 faiz idi. 2008-ci ilin beynəlxalq maliyyə böhranı Azərbaycanda öz təsirini bir neçə ildən sonra göstərdi. Həmin böhrandan sonra qeyri-neft sektoruna xarici investisiyalar artmağa başladı və 2002-ci ildəki 19 faizə qarşı 2013-cü ildə 30 faizə çatdı.

Rəsmi məlumata görə, bu gün əhalisinin sayı 9 milyondan çox olan ölkədə 43 bank, o cümlədən xarici kapitalın iştirakı ilə 22 bank işləyir. 2007-ci ildə əməliyyatlar aparmağa başlamış və bu müddətdə demək olar ki, bütün milli mükafatlara layiq görülmüş “Pasha Bank” Azərbaycanda həm korporativ, həm də özəl müştərilərə xidmət edən ilk bank olub. Üstəlik, onun fəaliyyət coğrafiyası təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmır. 2013-cü ilin fevral ayından Bankın Gürcüstanda da filialları fəaliyyət göstərir.

Aydındır ki, heç bir əcnəbi sahibkar öz biznesinin təhlükəsizliyinə əmin olmadığı ölkədə biznes ilə məşğul olmayacaq. Çıxış edənlər arasında zərif cinsin yeganə nümayəndəsi, Azərbaycanın OMNİ hüquq firmasını təmsil edən Afaq Abdullayeva bu fikirdə olan insanları maraqlandıra biləcək bütün praktiki məsələlər, konkret prosedurlar, sənədlər, hüquqi və sair təminatlar barədə danışıb. Tədbir iştirakçılarının onu çox diqqətlə dinləməsinə əsasən belə güman etmək olar ki, Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkətlərinin hazırda 81-ə bərabər olan sayı daha da artacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb