SÜRÜCÜ HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 16-cı kilometrində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Abdulhəmid Mirzəyevə məxsus “VAZ-2103” və İsmayıllı şəhər sakini Məhəmməd İsgəndərovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, “Jiquli”nin sürücüsü hadisə yerində ölmüşdür.
Bakının Z.Bünyadov prospektində isə Keşlə qəsəbəsinin sakini Elnur Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomaşınla Sabunçu qəsəbəsinin sakini Sənan İsayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş S.İsayevin həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki hadisə ilə bağlı cinayət işi başlanmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]